Xəzər Xəbər

Bülletenlərin məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb

Gündəm | 11:43 • 6 Fevral 2020
Bülletenlərin məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb

Milli Məclisə seçkilərlə bağlı bülletenlərin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatıb.


Xezerxeber.az secki-2020.az saytına istinadla xəbər verir ki, Seçki Məcəlləsinin 99.6-cı maddəsinə əsasən, DSK-lar səsvermə gününə azı üç gün qalanadək seçki bülletenlərini məntəqə seçki komissiyalarına verməlidir.


Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu müddət fevralın 6-dək olan dövrü əhatə edir.


Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasından seçki bülletenlərinin DSK-lara verilməsi prosesi fevralın 3-də başa çatıb.

Xəbər lenti