Xəzər Xəbər

Bu ay Azərbaycana neçə çinli gəlib? Açıqlama

Gündəm | 13:18 • 29 Yanvar 2020
Bu ay Azərbaycana neçə çinli gəlib?

Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir.

Bunu Report-a Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib.

E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır: "Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.

Xəbər lenti