Xəzər Xəbər

Koronavirusun müəyyənləşdirilməsi üçün Azərbaycana test gətirilir

Gündəm | 12:42 • 29 Yanvar 2020
Koronavirusun müəyyənləşdirilməsi üçün

"Hazırda Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə danışıqlar aparır. Koronavirusların aşkar edilməsi üçün lazım olan testlərin yaxın zamanlarda Azərbaycana gətirilməsi nəzərdə tutulur”.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, dəqiq tarix barədə məlumat vermək mümkün deyil:

"ÜST testlərin ölkəyə gətirilməsinə kömək edəcək”.

A.Əliyeva qeyd edib ki, virus növü yeni olduğundan dünyada peyvəndi hazırlanmayıb:

"Yəqin müəyyən müddətdən sonra vaksin hazırlana bilər. Ancaq bu günə infeksiyaya qarşı vaksin yoxdur”. (report)

Xəbər lenti