Xəzər Xəbər

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

Gündəm | 11:20 • 20 Yanvar 2020
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib

Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bədii film çəkilib.


AZƏRTAC xəbər verir ki, "Can Azərbaycan” media şirkəti tərəfindən hazırlanmış filmdə Türkiyənin İstanbul və Marmara universitetlərinin professorları Halil Bal və Okan Yeşilot, eləcə də tədqiqatçı-yazıçı Aygün Həsənoğlunun fikirləri yer alır.


Filmdə Azərbaycan xalqının qəhrəmanlıq ruhunun silahlar qarşısında yenilməyəcəyi əsas mövzu olaraq qeyd olunur.


Ekran əsərində Bakıda və ətraf rayonlarda törədilən qətliyamı əks etdirən kadrlarla yanaşı, müstəqil Azərbaycanın inkişafı yer alır.

Xəbər lenti