Xəzər Xəbər

Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatıb

Gündəm | 14:16 • 5 Yanvar 2020
Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatıb

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatıb.


Xezerxeber.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidir.


Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilə əlaqədar bu müddət yanvarın 5-dək olan dövrü əhatə edib.

Xəbər lenti