Xəzər Xəbər

Yağış, qar yağacaq - SABAHIN HAVASI

Gündəm | 14:00 • 3 Yanvar 2020
 Yağış, qar yağacaq  -

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq.


Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.

Xəbər lenti