Xəzər Xəbər

Bakıda yeni stansiya açılır Tarix məlum oldu

Gündəm | 11:38 • 15 Dekabr 2019
Bakıda yeni stansiya açılır

"Bənövşəyi xətt”in sayca üçüncü stansiyası, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, "Papanin” kimi tanınan ərazidə yerləşən stansiya 2020-ci ildə açılacaq.

XəzərXəbər xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, artıq stansiyada tikinti işləri yekunlaşıb və bəzi texniki məsələlər həyata keçirilir.

Şərti olaraq B-3 adlandırılan stansiyanın adına gəldikdə, qurum rəsmisi bununla bağlı qərarın Nazirlər Kabineti yanında Adqoyma Komissiyası tərəfindən veriləcəyini bildirib:

"Tərəfimizdən B-3 stansiyasının adı ilə bağlı hər hansı müzakirə aparılmayıb və təklif verilməyib. Əgər Nazirlər Kabineti tərəfindən adla bağlı bizə müraciət daxil olarsa, müzakirə edilə bilər. Hələlik belə müraciət yoxdur”.

Xəbər lenti