Xəzər Xəbər

Növbədənkənar parlament seçkisində 71 nəfərin namizədliyi təsdiq olunub

Gündəm | 15:08 • 14 Dekabr 2019
Növbədənkənar parlament seçkisində 71 nəfərin namizədliyi təsdiq olunub

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün indiyə qədər 268 namizəd müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, həmin şəxslərin 71-nin namizədliyi artıq təsdiq olunub. Onlardan 29-u isə imza vərəqələrini artıq götürüb. (Trend)

Xəbər lenti