Son bir-neçə ayda Azərbaycanda aparılan islahatlar Avropa Birliyi tərəfindən alqışlanır.
XəzərXəbər-in məlumatına görə, bunu Brüssel səfəri barədə keçirilən mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib:
"Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar Avropa Birliyində çox yüksək dəstəklənir və alqışlanır. Xüsusən də Milli Məclisin buraxılması, kadr islahatları və sair islahatlar çox müsbət qiymətləndirilir.
Avropa Birliyi Azərbaycanda dərin islahatlarının getdiyini görür və nəticəyə inanır".