Xəzər Xəbər

Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir

Gündəm | 12:48 • 10 Dekabr 2019
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi, insan haqları, monitorinq komitələrinin və Bürosunun iclasları keçirilir.


AZƏRTAC xəbər verir ki, iclaslarda ölkəmizi AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Sabir Hacıyev təmsil edir.


Dekabrın 9-da siyasi komitənin iclasında Azərbaycanın prosedur qaydalarına əlavələrlə bağlı etdiyi təklif qəbul olunub.


Bu gün qurumun insan haqları komitəsinin iclası keçirilir. Komitə iclasında ölkəmizlə bağlı məruzə dinləniləcək. Bundan əlavə AŞPA-nın Büro iclasında Azərbaycanda keçiriləcək növbədən kənar parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunacaq və ölkəmizin AŞPA-ya göndərdiyi dəvət məktubu ətrafında fikir mübadiləsi aparılacaq.

Xəbər lenti