Xəzər Xəbər

Aksiyada əkilən ağacların sayı 650 mini keçib - Nazir müavini

Gündəm | 18:03 • 6 Dekabr 2019
Aksiyada əkilən ağacların sayı 650 mini keçib -

Dahi şair Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü azərbaycanlılar arasında həmrəyliyin nümayişi idi. Hədəf 650 min ağac əkmək idi. Amma bizə daxil olan məlumatlara görə, əkilən ağacların sayı 650 mini keçib. Bu da sevindirici haldır.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir müavininin sözlərinə görə, bu gün SOCAR əməkdaşları hətta 100 min ağac əkib. 12 min ağac əkilmək üçün Çilov adasına göndərilib.

F.Əliyev əlavə edib ki, bir gündə 650 min ağacın əkilməsi həm bugünkü, həm də gələcək nəsillərə xidmət edən təşəbbüsdür: "Regionlara paylanılan ağac tingləri iqlim şəraitinə görə seçilmişdi. Yəni ağac əkilməsi xatirinə seçim olmadı. Əsas odur ki həmin ağaclara diqqət və qayğı daimi olsun".

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.


Xəbər lenti