Xəzər Xəbər

Komitə sədri Yaşıl dəhlizlə ticarət dövriyyəsinin həcmini açıqladı

Gündəm | 13:39 • 6 Dekabr 2019
Komitə sədri

Yaşıl dəhliz sistemi bizim gözlədiyimizdəən də yaxşı nəticələr verir.

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu sistem üzrə ümumi ticarət dövriyyəsi artıq 6,4 mlrd. ABŞ dollarını keçib:

"Yaşıl dəhliz sisteminin kifayət qədər üstün cəhətləri var. Bu sistem vasitəsilə heç bir növbə gözləmədən yükləri anbara daşımaq olur. Hesab edirəm ki, gələn il Yaşıl dəhliz iştirakçılarının sayı daha da artacaq”.

Xəbər lenti