Xəzər Xəbər

Azərbaycan Ordusunun hərbi qulluqçusu ürək çatışmazlığından vəfat edib - RƏSMİ

Gündəm | 18:56 • 4 Dekabr 2019
Azərbaycan Ordusunun hərbi qulluqçusu ürək çatışmazlığından vəfat edib -

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun vəfat etməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. O, sanitar nəqliyyat vasitəsilə hərbi hospitala təxliyə edilərkən yolda keçinib.

Həkimlərin ilkin ehtimalına görə hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Xəbər lenti