Xəzər Xəbər

Konstitusiya Məhkəməsinin qərarının mətni - Açıqlandı

Gündəm | 15:10 • 4 Dekabr 2019
Konstitusiya Məhkəməsinin

Konstitusiya Məhkəməsinin Milli Məclisin buraxılması barədə qərarının mətni açıqlanıb.

XəzərXəbər xəbər verir ki, qərarda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin 1-ci hissəsinə uyğun hesab edilsin.

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilsin.

Qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz".

Xəbər lenti