Xəzər Xəbər

Sergey Lavrov: Rusiya həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcək

Gündəm | 13:43 • 3 Dekabr 2019
Sergey Lavrov: Rusiya həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcək

Rusiya həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcək.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 3-də Bakıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla mətbuat konfransında deyib.

"Biz həmsədrlər olaraq məsələnin həllinə kömək göstərəcəyik. Ümid edirik ki, nəticələr olacaq”, - deyə nazir qeyd edib. Sergey Lavrov rəsmi Moskvanın Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada keçiriləcək görüşündən nəticə gözlədiyini də vurğulayıb.

Nazir səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə səmərəli görüş keçirildiyini bildirib. O vurğulayıb ki, prezidentlərimizin münasibətlərimizi belə səviyyədə müəyyənləşdirməsi çox yaxşıdır.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladıb və əlavə edib ki, həmin səfərin yekununda vacib razılaşmalar əldə olunub.



Xəbər lenti