Xəzər Xəbər

Prezidentin yüksək vəzifə verdiyi 42 yaşlı Gündüz Kərimov kimdir? - DOSYE

Gündəm | 15:54 • 2 Dekabr 2019
Prezidentin yüksək vəzifə verdiyi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Gündüz Kərimov Prezident Adminstrasiyasının şöbə müdiri vəzifəsinə təyin edilib.

XəzərXəbər xəbər verir ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib.

1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.

1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq” üzrə müsabiqədə 2-ci yer qazanıb.

2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi” mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1998-1999-cu illərdə Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, 1999-2001-də Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent işləyib.

2002 – 2011-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, 2011 - 2014 - BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

2014 – cü ildə indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri təyin edilib.

Son olaraq Azərbaycanın Birinci Vitse-prezidentinin köməkçisi vəzifəsini tutub.

Evlidir, iki övladı var.

Xəbər lenti