"Ərazidə ilkin hazırlıq işləri aparılır. Müəyyən yerlərdə hərəkətə mane olmadan orada yolun genişləndirilməsi işləri görülür”.
Bu sözləri Teleqraf.com-a açıqlamasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun yenidənqurma işlərinin gələn ilin sonlarınadək yekunlaşdırılması planlaşdırılır: "Hazırda layihə üzərində iş gedir. Layihə yekunlaşdıqdan sonra yenidənqurma işlərinə başlanılacaq”.
Anar Nəcəfli bildirib ki, yolun alternativi yoxdur və intensiv hərəkət səbəbindən qısa müddətdə yenidənqurma işlərinin aparılması mümükün deyil: "Hərəkət davam etdiyi zaman işlər aparılacaq, yol bağlanmadan işlərin aparılması zaman tələb edir. Çalışılacağıq ki, qısa müddətdə təmir-bərpa işləri yekunlaşdırılsın”.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 31 Oktyabrda Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı tapşırıq verib.