Xəzər Xəbər

"Konstitusiya buna imkan verir" - Oqtay Əsədov

Gündəm | 12:20 • 2 Dekabr 2019
"Konstitusiya buna imkan verir" - Oqtay Əsədov

Milli Məclisdə parlamentin buraxılmasına dair müzakirələr davam edir.

XəzərXəbər xəbər verir ki, gündəlik qəbul edildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib.

Spiker deyib ki, Nazirlər Kabinetində və digər orqanlarda aparılan kadr və struktur islahatları parlamentin də bu tələblərə uyğun olaraq yenilənməsi zəruriətini yaradır: "Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası Milli Məcilisin buraxılması ilə bağlı prezidentə müraciət etmək üçün iclasın çağrılmasını xaiş edib. Bu gün bu məsələni müzakirə edəcəyik. Konstitusiya buna imkan verir”.

Qeyd edək ki, hazırda Milli Məclisin YAP-dan olan komitə sədri Siyavuş Novruzov parlamentin buraxılmasına dair hakim partiyanın Milli Məclisə daxil olan mütraciətini oxuyur.

Xəbər lenti

Çox oxunanlar