Xəzər Xəbər

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmirini təbrik edib

Gündəm | 16:17 • 30 Noyabr 2019
Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmirini təbrik edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbər lenti