Xəzər Xəbər

Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir - FOTO

Gündəm | 16:48 • 30 Noyabr 2019
Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir -

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşıllıq zonalarının salınması təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası Azərbaycan Ordusunda da davam edir.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu gün keçirilən növbəti iməcilikdə şəxsi heyət tərəfindən abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib.


Qeyd edək ki, aksiya çərçivəsində ümumilikdə 60 mindən çox müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulub.

Xəbər lenti