Xəzər Xəbər

Siyavuş Novruzov: “Parlament fəaliyyətini davam etdirəcək”

Gündəm | 15:39 • 28 Noyabr 2019
Siyavuş Novruzov: “Parlament fəaliyyətini davam etdirəcək”

"Parlament fəaliyyətini davam etdirəcək. Azərbaycanda yeni parlamentin səlahiyyətləri qüvvəyə mindikdən sonra köhnə parlamentin səlahiyyətləri bitmiş hesab olunur”.


APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.


O bildirib ki, bu barədə Azərbaycan Konstitusiyasında qeyd edilib.


S. Novruzov həmçinin bildirib ki, növbəti parlament seçkilərinin vaxtını Azərbaycan Prezidenti müəyyən edir.

Xəbər lenti