Xəzər Xəbər

"YAP Siyasi Şurası bu qərarı yekdilliklə verdi" Əli Əhmədov

Gündəm | 15:17 • 28 Noyabr 2019
"YAP Siyasi Şurası bu qərarı yekdilliklə verdi"

Yeni Azərbaycan Partiyasının qərargahında partiya sədrinin müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirir.

XəzərXəbər xəbər verir ki, mətbuat konfransında partiyanın icraçı katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.

Ə.Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətində YAP-a, onun qəbul etdiyi qərarlara həmişə böyük hörmət olub:

"Bu gün YAP Azərbyacanın siyasi həyatı üçün önəmli qərar qəbul edib. YAP-ın Siyasi Şurası bu gün keçirilən iclasında Azərbaycan parlamentində islatların davam etdirlməsi ilə əlaqədər məsələləri müzakirə edib. Prezidentin islahatlar konsepsiyasınıYAP da dəstəkləyir. Bu islahatlara öz töhfələrini verirlər. İslahatlar bir çox sahələri əhatə edir. Bunlar iqtisadiyatın şaxələndiirlməsinə xidmət edir. Bunun əsasında sosial inkişafın təmin edilməsi dayanır. 2019-cu ili islahatların daha dinamik xarakter aldığı il kimi xarakterizə etmək olar. Bundan sonra da islahatların həyata keçirilməsi xətti davam etdiriləcək”.

Əli Əhmədov bildirb ki, islahatlar geniş xarakterlidir:

"İslahatlar istisnasız olaraq bütün sahələri əhatə etməlidir. Hakimiyyətin hər iki qolunda islahatlar uğurla həyata keçirilir və bu gün də keçirilməkdədir. İstər icraedici, istərsə də
islahatlar sisteminin tam olması və qarşıya qoyulan məqsədlərə nail olunması tələb edir ki, islahatlar bütün hakimiyət qollarını əhatə etsin.

Beləliklə, YAP üzvləri bu qənaətə gəliblər ki, qanunvericilik kənarda qalmamalıdır. YAP üzvlərinin əksəriyyəti islahatlara dəstəyini ifadə edərək, bu silahatların qanunvericilik sahəsinə gətirilməsinin məqəsədəuyğunluğunu bildiriblər. Siyasi Şura üzvləri bu məsələdə yekdillik nümayiş etdirib. Parlamentin isalahatlara cəlb olunması əlavə təminat kimi qiymətləndirilə bilər. Bu gün YAP Siyasi Şurası qanunverici orqanının yeniləşməsinin zəruriliyini ifadə edir. Bu zərurətdən irəli gələrək, YAP Siyasi Şurası Azərbaycan Prezidentindən parlamentin buraxılmasını xahiş edib”.

Xəbər lenti