Xəzər Xəbər

Ağacan Abiyev növbədənkənar parlament seçkilərində namizəd olmayacağını açıqlayıb

Gündəm | 15:07 • 28 Noyabr 2019
Ağacan Abiyev növbədənkənar parlament seçkilərində namizəd olmayacağını açıqlayıb

"Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyimi irəli sürməyəcəyəm”.


Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ağacan Abiyev deyib.


Deputat Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının parlamentin buraxılması barədə təşəbbüsünü düzgün adlandırıb: "İstər 5, istər 10, istərsə də 15 il olsun, hesab edirəm ki, dinamik dəyişmə olmalıdır. Dinamik dəyişmə tez-tez olursa demək ki, hərəkətlidir. Dinamika yüksək olan yerdə böyük dəyişikliklər ola bilər”.

Xəbər lenti