Xəzər Xəbər

ATƏT sədri azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib

Gündəm | 14:02 • 28 Noyabr 2019
ATƏT sədri azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib

Azərbaycanda səfərdə olan Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib.


APA-nın xəbərinə görə, M. Layçak bildirib ki, vəziyyəti yaxından izləyir.


"Jurnalistlərin qarşılıqlı səfərləri çox müsbətdir. Bu atmosferi yaxşılaşdırır, gərginliyi azaldır. İnanıram ki, bu səfər siyasi şəraiti yaxşılaşdıracaq”, - deyə ATƏT sədri vurğulayıb.

Xəbər lenti