Xəzər Xəbər

Rəsədxana: Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Gündəm | 12:00 • 28 Noyabr 2019
Rəsədxana: Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.


Rəsədxanadan verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb.


Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Günəş küləyinin sürəti 400 km/san-dək olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).

Proqnoz dövründə (28 - 30 noyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin normal rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Geomaqnit sahədə ümumən sakitlik (Kp=1, 2) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

Xəbər lenti