Xəzər Xəbər

Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

Gündəm | 14:53 • 26 Noyabr 2019
Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmiİnstaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – "Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!"

Xəbər lenti