Prezidemt İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
XəzərXəbər-in xəbərinə görə, sərəncamda qeyd edilir ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abdullayev Sərhəddin Qubaddin oğlu
Göyçayskiy Şövqisəfa Yusifziya oğlu
Quliyev Akif Ələkbər oğlu
Rüstəmov İzzət Əşrəf oğlu.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Prezidentin digər sərəncamında qeyd edilib ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar elm xadimi”
Əliyev Fikrət Əhmədəli oğlu
Əzizov Abdulsəyid Əbdülhəmid oğlu
Qurbanov Elşad Məcnun oğlu
Səlimov Arif Ağacan oğlu
Şəmsizadə Nizaməddin Şəmsəddin oğlu
Yaqubov Məmməd Haqverdi oğlu
"Əməkdar müəllim”
Abbasova İpək Soltan qızı
Abdullayev İmran Məmmədəli oğlu
Abdullayev Rizvan Əhməd oğlu
Ağakişiyev Əliheydər Yunis oğlu
Allahverdiyeva Səfurə Bayram qızı
Bayramov Rafael Vəli oğlu
Bədəlbəyli Ülfət İsmayıl qızı
Cəfərov Yasin İsa oğlu
Cəlilov Abutalıb Hümbət oğlu
Fiqarova Sofya Rüstəm qızı
Hüseynov Hidayət Məmməd oğlu
Qocamanov Məqsəd Hüseyn oğlu
Quliyev Hamlet Fərman oğlu
Mahmudzadə Ramin Əlinazim oğlu
Məmmədov Kərəm Hətəm oğlu
Məmmədov Knyaz Şiraslan oğlu
Məmmədov Nuru Zeynalabdin oğlu
Məmmədova Afət Oqtay qızı
Orucov Elşar Qurban oğlu
Orucov Həmzağa Davud oğlu
Rzayev Etibar Abasəli oğlu
Vəliyev İslam Dini oğlu
Yusubov Şakir Şıxı oğlu.
***
İlham Əliyevin başqa bir sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşları "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:
Babazadə Vasif Məmməd Ağa oğlu
Əliyeva İradə Nurəddin qızı
İbrahimova Sara Hökmulla qızı
İsgəndərov Anar Camal oğlu
Qurbanov Əsədulla Cücü oğlu
Məlikova Məsumə Fazil qızı.