Xəzər Xəbər

İlham Əliyev Valeh Ələsgərova YÜKSƏK VƏZİFƏ VERDİ

Gündəm | 16:25 • 25 Noyabr 2019
İlham Əliyev Valeh Ələsgərova

Prezident İlham Əliyev V.F.Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilsin.

Xəbər lenti