Xəzər Xəbər

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub

Gündəm | 14:08 • 25 Noyabr 2019
Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub

Azərbaycanda gələn il üçün ehtiyac meyarının məbləği məlum olub.


Xezerxeber.az-ın məlumatına görə, bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.


Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Xəbər lenti