Xəzər Xəbər

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb

Gündəm | 12:04 • 25 Noyabr 2019
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.


Spiker Oqtay Əsədovun sədrliyi ilə keçriilən plenar iclasın gündəliyinə 19 məsələ daxil edilib.


İclasda "Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişiklik I oxunuşda müzakirəyə çıxarılacaq.

Həmçinin "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, "Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” , "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "İnzibati icraat haqqında”, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Lisenziyalar və icazələr haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri II oxunuşda müzakirə olunacaq.

Xəbər lenti