Xəzər Xəbər

Vilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi

Gündəm | 10:39 • 15 Noyabr 2019
Vilayət Eyvazov onlara

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərik etdiyi strukturda kadr islahatlarını davam etdirir.

Daxili İşlər nazirinin əmriylə Lənkəran Şəhər Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Nazirin bir başqa əmriyləsə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.

Xatırladaq ki, İnterpolun Milli Mərkəzi Bürosunun bundan qabaqkı rəisi general-mayor Mehman Təhməzov bir müddət əvvəl yaş həddi ilə əlqədər təqaüdə göndərilib.(strateq.az)

Xəbər lenti