Xəzər Xəbər

Ağacları suvarmaq üçün PROQRAM hazırlana bilər

Gündəm | 14:19 • 13 Noyabr 2019
Ağacları suvarmaq üçün

"2020-ci ilin büdcə layihəsi aktuallığı ilə ölkənin çiçəklənməsinə, xalqın rifahına hesablanan sənədlər toplusudur. Bunu hazırlayanlara təşəkkür edirəm. Büdcə layihəsinə səs verəcəyəm".

XəzərXəbər xəbər verir ki, bu sözləri Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən deputat Hüseynbala Mirələmov səsləndirib.

O bildirib ki, iki təklifi var: "Azərbaycanda yaşıllıqların yayılması Prezident İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyevanın təşəbbüsü ilə davam etdirilir, abad məhəllələr salınır. Bildiyiniz kimi cənab prezidentin iştirakı ilə iki gün əvvəl deputat seçildiyim Xətai rayon ərazisində 30 minə qədər ağac əkilib. Bu çox müsbət hadisədir və görkəmli şairimiz İmaddədin Nəsiminin 650 illik yubileyi çərçivəsində "650 min ağac əkək" layihəsi çərçivəsində həyata keçirilib. 30 min ağacın əkilməsi çox əhəmiyyətli hadisədir, amma ağaclar suvarılmasa, quruyacaqlar və sonra kəsiləcəklər. Avtomobil vasitəsilə ağacları suvarmaq çətindir, bəlkə də mümkün deyil. Mən baş nazirdən və maliyyə nazirindən xahiş edirəm ki, ağacların suvarılması üçün proqram hazırlansın. Artizan və texniki sular vasitəsilə bunu həyata keçirmək mümkündür".

Deputat iclasda həmçinin Lerikin bir kəndinə su, digər kəndinə qaz çəkilməsi məsələsini qaldırıb.

Xəbər lenti