Xəzər Xəbər

Xarici işlər nazirləri dekabrda görüşə bilər - bu şəhərdə

Gündəm | 15:26 • 16 Oktyabr 2019
Xarici işlər nazirləri dekabrda görüşə bilər -

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşü dekabr ayında Bratislavada keçirilə bilər".

Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Xankəndində jurnalistlərə bildirib.

"İki ölkənin XİN başçıları razılaşarsa, görüşləri dekabr ayında Bratislavada keçirilə bilər. Lazım gələrsə, bu görüşü təşkil edə bilərik”, – həmsədr deyib.

Qeyd edək ki, bu il dekabrın 5-6-da Bratislavada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. (report)

Xəbər lenti