Xəzər Xəbər

"Sammitin yekun bəyannaməsinə daxil ediləcək məsələlərdən biri..." – Amreyev

Gündəm | 14:52 • 14 Oktyabr 2019
"Sammitin yekun bəyannaməsinə daxil ediləcək məsələlərdən biri..." – Amreyev

Türk Şurasının Xarici İşlır NAzirləri Şurasının VII iclasının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub:

"Türk Akademiyasının, TÜRKSOY-un fəaliyyətinin genişləndiriıməsi ilə bağlı məsələlər müzakirə olundu. Çox əlamətdar haldır ki, Türk Şurasının 7-ci zirvə görüşü Naxçıvan sazişinin 10 illiyinə təsadüf edir. Bu xüsusda Bakıdakı sammit bizim üçün simvolik məna kəsb edir. Zirvə görüşünün digər əlamətdar cəhəti ondan ibarətdir ki, burada Özbəkistan təşkilata tamhüquqlu üzv olaraq qoşulur. Bu gün Türk Şurası XİN-ləri tərəfindən bir sıra sazişlər imzalandı. Bu sazişlər onun fəaliyyətinin təmin edəcək. Bu xüsusda Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılmasını qeyd etmək istərdik. Nümayəndəlik Avopa İttifaqı və Avropa institutları ilə əlaqələrin genişlənməsinə xidmət edəcək. İnanırıq ki, zirvə görüşünün bəyanatı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edəcək”.

Türk Şurasının baş katibi Bağdad Amreyev bildirb ki, sammit təşkilatın yaranmasının 10-cu ildönümünə təsadüf edir:

"Bu saziş bizim təşkilatın əsasını təşkil edir. Sonuncu sammit Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib. Gənclik və idman məsələlərinə həsr olunmuşdu. Bakıdakı sammit isə kiçik və orta sahibkarlığın dəstəklənməsinə həsr olunacaq. Bu zirvə iqtisadi xarakterli olacaq. Bilirsiniz ki, bu yaxınlarda biz Türk Ticarət və Sənaye Palatasını yaratmışıq. Palatanın ofisi Nur-Sultanda yerləşir. Artıq Macarıstan və Özbəkistan da palataya qoşulub”.

B.Amreyev qeyd edib ki, Özbəkistan iclasda tamhüquqlu üzv kimi iştirak edir. Sentyabrın 19-da isə Budapeştdə Türk Şurasının nümayəndəliyi açılıb:

"Macarıstanla Türk Şurasının əməkdşalığı, xüsusilə iqtisadi müstəvidə genişlənir.

Biz sabah imzalanacaq sammitin yekun bəyannaməsinə Birgə İnvestisya Fondunun yaradılması məsələsini də daxil etmişik. Biz həmişə birgə layihələrin həyata keçirilməsinə çağırış edirik. Amma onların maliyyə alətləri ilə təmin edilməsi də vacibdir. Mən əminəm ki, bugünkü görüşün nəticəsi sabahkı sammitin uğurlu olması üçün əsas təşkil edəcək”./Teleqraf.com


Xəbər lenti