Xəzər Xəbər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib

Gündəm | 11:56 • 14 Oktyabr 2019
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğız Respublikasından Azərbaycana keçib.


Xezerxeber.az-ın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının toplantısında Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov deyib.


"Türk Şurasına sədrlik Naxçıvan sazişinin 10-cu ildönümündə Qırğızıstandan Azərbaycana keçəcək”, - deyə Ç. Ayderbekov qeyd edib.


Xatırladaq ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının görüşü keçirilir.

Xəbər lenti