Xəzər Xəbər

“İrəli” İB-nin sədri Türk Şurası Gənclər Platformasında seçkiləri qazanıb

Gündəm | 17:42 • 13 Oktyabr 2019
“İrəli” İB-nin sədri Türk Şurası Gənclər Platformasında seçkiləri qazanıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gənclər Platformasının oktyabrın 13-də Bakıda keçirilən birinci Baş Assambleyasında platformanın sədri vəzifəsinə seçkilər keçirilib.


Xezerxeber.az xəbər verir ki, "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov seçkilərdə qalib gəlib. O, Türk Şurası Gənclər Platformasının sədri vəzifəsinə seçilib.


Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək.

Xəbər lenti