Xəzər Xəbər

Azərbaycan XİN Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb

Gündəm | 14:16 • 11 Oktyabr 2019
Azərbaycan XİN Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.


Xezerxeber.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.


Bəyanatda deyilir: "Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi "Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”.

Xəbər lenti