Xəzər Xəbər

Bakıda güclü küləklə bağlı Açıqlama

Gündəm | 12:06 • 9 Oktyabr 2019
Bakıda güclü küləklə bağlı

Bu gün müşahidə edilən güclü şimal-qərb küləyi sabahdan etibarən mülayimləşəcək.

Bu sözləri XəzərXəbər-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabah səhər saatlarından etibarən havanın temperaturu mülayimləşəcək.

Nazirlik rəsmisi onu da qeyd edib ki, bugünkü güclü küləklə bağlı xəbərdarlıq artıq müvafiq təşkilat və qurumlara göndərilib.

Xəbər lenti