Xəzər Xəbər

Milli Məclisin iclası başladı: Baş nazir istefa verdi

Gündəm | 12:09 • 8 Oktyabr 2019
Milli Məclisin iclası başladı:

Milli Məclisin bu günə təyin olunan plenar iclası başlayıb.

İclasın gündəliyinə daxil olan məsələlərdən birincisi – Baş nazir Novruz Məmmədovun istefası və Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun baş nazir vəzifəsinə təsdiqlənməsi məsələsinə baxılır.

Prezident İlham Əliyevin yeni baş nazir postuna namizəd olaraq təklif etdiyi Əli Əsədovun çıxışından sonra səsvermə keçiriləcək.

***

Baş Nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi barədə Prezident İlham Əliyevə müraciət edib.

Bunu bu gün Milli Məclisdə "Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələnin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib.

O. Əsədov deyib ki, Prezident İlham Əliyev Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında parlamentə müraciət edib.

Xəbər lenti