Xəzər Xəbər

Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE

Gündəm | 10:51 • 8 Oktyabr 2019
Baş nazir vəzifəsinə gətirilən

Bu gün Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun istefaya göndərilməsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

XəzərXəbər xəbər verir ki, artıq Mili Məclisin gündəliyinə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədovun gətirilməsi qeyd edilib.

Azərbaycanın növbəti baş naziri təyin ediləcək Əli Əsədovun tərcümeyi-halını təqdim edirik:

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ölkə Prezidentinin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli sərəncamla isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin 1 iyununda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.
Bu dəyişiklik nəticəsində Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.
Ə.Əsədov 2012-ci ilin iyun ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

Xəbər lenti