Xəzər Xəbər

Bakıda küləyin sürəti 33 m/s-yə, Xəzərdə dalğanın hündürlüyü 4,6 metrə çatıb - FAKTİKİ HAVA

Gündəm | 17:43 • 7 Oktyabr 2019
Bakıda küləyin sürəti 33 m/s-yə, Xəzərdə dalğanın hündürlüyü 4,6 metrə çatıb -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraitini açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, saat 17:00-a olan məlumata əsasən, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib.


Dalğanın hündürlüyü 4,6 metrə çatıb. Şabran, Quba, Qusarda isə yağış yağıb.

Xəbər lenti