Xəzər Xəbər

Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı

Gündəm | 10:54 • 7 Oktyabr 2019
Daxili İşlər naziri üç vəzifəlini işdən çıxardı

Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.

Onların yerinə hələlik təyinat yoxdur. (oxu.az)

Xəbər lenti