Xəzər Xəbər

DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Gündəm | 14:26 • 3 Oktyabr 2019
DİN 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bərdədə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi "VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən həmyerliləri Emin Məmmədov və Elgün Kərimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti