Xəzər Xəbər

Nazirlik vakansiya elan etdi SİYAHI

Gündəm | 14:22 • 3 Oktyabr 2019
Nazirlik vakansiya elan etdi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Polis Akademiyasında vakant olan zabit vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar müsabiqə elan edib.

XəzərXəbər elanı təqdim edir:

– Dövlət və hüquq nəzəriyyəsi, Daxili işlər orqanlarında inzibati fəaliyyət, Daxili işlər orqanlarında əməliyyat-axtarış fəaliyyəti, Mülki hüquq, Cinayət hüququ, Cinayət prosesi və Kriminalistika kafedralarının müəllimi və baş müəllimi (bu vəzifələrə dövlət ali təhsil müəssisələrinin hüquq təhsili üzrə magistr pilləsini bitirmiş mütəxəssislər);

– Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi (bu vəzifələrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini ingilis dili ixtisası üzrə bitirmiş mütəxəsisslər);

– Hərbi kafedranın müəllimi və baş müəllimi (bu vəzifələrə namizəd hərbi təhsil müəssisələrini və ya dövlət ali təhsil müəssisələrini hərbi ixtisas istiqamətləri üzrə bitirmiş mütəxəsisslər);

– İnformasiya təhlükəsizliyi kafedrasının mühəndis-elektronçusu və mühəndis-proqramçısı (bu vəzifələrə dövlət ali təhsil müəssisələrinin avtomatika və idarəetmə elektron texnikası, kompüter riyaziyyatı, informatika və hesablama texnikası ixtisas istiqamətləri üzrə magistr pilləsini bitirmiş mütəxəsisslər);

Mühəndis-elektronçu - dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası ixtisas istiqamətləri üzrə bakalavr və ya magistr pilləsini bitirmiş, Java, C++ və Delphy proqlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sisteminin iş prinsipləri, cari təmiri və servis xidmətləri haqqında bilik və təcrübəyə malik olan mütəxəssislər.

Mühəndis- proqramçı - dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası ixtisas istiqamətləri üzrə bakalavr və ya magistr pilləsini bitirmiş, Java, C++ və Delphy proqlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və Oracle verilənlər bazasının idarə edilməsi sisteminin iş prinsipləri haqqında biliyə malik olan mütəxəssislər.

– Psixoloq (bu vəzifələrə dövlət ali təhsil müəssisələrinin bakalavr və ya magistr pilləsini psixologiya və klinik psixologiya ixtisası üzrə bitirmiş mütəxəsisslər);

– Əyani fakültənin kurs rəisinin müavini və kurs rəisi (bu vəzifələrə dövlət ali təhsil müəssisələrini hüquqşünas, maarif istiqamətləri və hərbi ixtisas istiqamətləri üzrə bitirmiş daxili işlər orqanları əməkdaşları);

– Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektoru (magistratura və doktorantura üzrə), elmi katibi və baş inspektor-korrektoru (bu vəzifələrə dövlət ali təhsil müəssisələrini hüquqşünas, maarif, filologiya, humanitar və sosial ixtisas istiqamətləri üzrə bitirmiş mütəxəsisslər);

Müsabiqədə yaşı 35-dən yuxarı olmayan (elmi dərəcəyə malik mütəxəssislər yaşı 40-dək), həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün) və əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu ilin oktyabr ayının 1-dən noyabr ayının 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet (kişilər üçün);

- əmək kitabçasının surəti.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti, DİN-in Tibb İdarəsinin Respublika Hospitalında, poliklinikalarında əməkdaşa və onun ailə üzvlərinə pulsuz tibbi xidmət, DİN-in «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzinə yollayışın qiymətinin əməkdaşa 75 faizi, ailə üzvlərinə 50 faizi miqdarında imtiyaz, eləcə də xidmət zamanı şəhərdaxili ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə kimi əlavə güzəştlər verilir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012)-454-12-78, 590-97-52, 590-92-54.

Xəbər lenti