Xəzər Xəbər

Baş Prokuror: "MSK-nın qərarından sonra Rafael Cəbrayılovla bağlı məsələ müzakirə olunacaq”

Gündəm | 10:42 • 1 Oktyabr 2019
Baş Prokuror: "MSK-nın qərarından sonra Rafael Cəbrayılovla bağlı məsələ müzakirə olunacaq”

"Mərkəzi Seçki Komissiyasının deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ müzakirə olunacaq. Onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər".


Bunu Baş Prokuror Zakir Qaralov deyib.


Z. Qaralov qeyd edib ki, hazırda iddia ərizəsinə mülki qaydada baxılır: "Məhkəmədə onun dələduzluq və ya digər cinayət törətməsi müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq". (APA)

Xəbər lenti