Xəzər Xəbər

Təzyiqi və şəkəri olanların nəzərinə!

Gündəm | 14:55 • 27 Sentyabr 2019
Təzyiqi və şəkəri olanların nəzərinə!

Sentyabrın 29-da Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Səhiyyə Nazirliyinin dəstəyi ilə xeyriyyə aksiyası keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ümümdünya Ürək Gününə həsr olunmuş aksiya zamanı ürək-damar xəstəliklərinin profilaktikasına dair tövsiyyələr əks olunan bukletlər paylanılacaq.

Eyni zamanda, müraciət edən şəxslərin arterial təzyiqi, mərkəzi aortal təzyiqi ölçüləcək, qanda şəkərin səviyyəsi təyin ediləcək, arterial təzyiqin gün ərzində monitorlaşmasının əhəmiyyəti başa salınacaq və aparılma üsulu əyani şəkildə nümayiş etdiriləcək.

Qeyd edək ki, aksiya saat 12:00-da Gənclik Mall-da keçiriləcək.

Xəbər lenti