Xəzər Xəbər

Vilayət Eyvazov rəisi vəzifəsindən AZAD ETDİ

Gündəm | 14:12 • 27 Sentyabr 2019
Vilayət Eyvazov rəisi vəzifəsindən

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi polis mayoru İbrahim Hüseynov vəzifəsindən çıxarılaraq, həmin qrupun baş müstəntiqi təyin edilib.

Nazirin digər əmri ilə, polis kapitanı Bərzani Abbasov Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi təyin edilib.

Xəbəri Gədəbəy rayon Polis Şöbəsindən təsdiqləyiblər. (unikal.org)

Xəbər lenti