Xəzər Xəbər

Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Gündəm | 18:41 • 26 Sentyabr 2019
Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Bakıda Azərbaycan və Rusiya arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.


Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışaraq bu istiqamətdə münasibətlərin inkişaf etdiyini vurğulayıb.


Tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirib və 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyən ediblər.


Görüşün sonunda "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının Protokolu” imzalanıb.

Xəbər lenti