Xəzər Xəbər

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib

Gündəm | 18:32 • 26 Sentyabr 2019
Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.


Xezerxeber.az xəbər verir ki, dövlətimizin başçısı məktubda Azərbaycan-Türkmənistan əlaqələrinin qarşılıqlı hörmət, etimad və dəstək prinsipləri ilə səciyyələndiyini qeyd edib. Prezident inandığını bildirib ki, dövlətlərarası münasibətlərimiz və əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcək.


Azərbaycan Prezidenti türkmənistanlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti