Xəzər Xəbər

Bakıda daha 2 Nəqliyyat Mübadilə Mərkəzi yaradılacaq

Gündəm | 15:24 • 26 Sentyabr 2019
Bakıda daha 2 Nəqliyyat Mübadilə Mərkəzi yaradılacaq

Gələcəkdə metronun "Nəriman Nərimanov" stansiyası, "Gənclik" stansiyası - Tofiq Bəhramov adına Respublika Stadionu ətrafında daha iki Nəqliyyat Mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, daha sonra Bakıətrafı qəsəbələrdə kiçik mərkəzlərin yaradılması nəzərdə tutulub:

"Hazırda dəyərləndirmə aparılır. Bu HUB-lar mərkəzdən uzaq ərazidə yaşayan sərnişinlərin daha rahat şəkildə gəlməsini təmin edəcək".

Xəbər lenti